“Atletiko”nun yarımmüdafiəçisi Joao Feliks qarşıdakı mövsümdə “Barselona” da çıxış edəcək.
Kataloniyalılar portuqaliyalı futbolçunu icarəyə götürəcək. Amma bunun üçün “Barsa” Madrid klubuna 10 milyon avro ödəyəcək və onun məvacibinin 70 faizini ödəyəcək. “Barselona” növbəti mövsüm 24 yaşlı futbolçunu transfer edəcəyi halda, “Atletiko”nun hesabına 50 milyon avro köçürəcək. Xatırladaq ki, Feliks ötən mövsüm icarə əsasında “Çelsi”də çıxış edirdi.